Mussolininin nəticəsi "Latsio" ilə müqavilə imzaladı
Mussolininin nəticəsi "Latsio" ilə müqavilə imzaladı

İtaliya faşizminin təsisçisi, diktator Benito Mussolininin nəticəsi, Romano Florian Mussolini “Latsio” ilə müqavilə imzaladı, – bu barədə məlumatı “Daily Mail” yayır.

Nəşrin məlumatına görə, 18 yaşlı Mussolini Roma klubunun gənclər komandasında yarışacaq.

Romano Mussolini “Latsio” futbol akademiyasının şagirdidir və sağ müdafiəçi mövqeyində oynayır.