Müsəlman aləmi bu gündən, üç gün ərzində Ramazan Bayramını qeyd edir
Müsəlman aləmi bu gündən, üç gün ərzində Ramazan Bayramını qeyd edir

Müsəlman aləmi bu gündən, üç gün ərzində Ramazan Bayramını qeyd edir.

Bayram Tbilisidə, Cümə Məscidində də qeyd olundu. Burada camaat səhərdən gün doğana qədər toplaşdı və Ramazan dualarını oxudu.

Müsəlmanları bayram münasibətilə Gürcüstan prezidenti, Salome Zurabişvili şəxsən təbrik etdi.

Bütün Gürcüstanın Müsəlmanlar İdarəsinin müftisi, Yasin Əliyevin bəyan etdiyinə görə, müsalmanlar Ramazan Bayramını böyük təntənə ilə qeyd edirlər. Elə onun dediyinə görə, bayram ikiqat sevincdiricidir, çünki Ramazan Bayramını onlarla birlikdə Gürcüstan prezidenti qeyd edir.

Salome Zurabişvilinin dediyinə görə, onun vəzifəsidir ki, Ramazan Bayramı münasibətilə müsəlmanları şəxsən təbrik etsin.

Bayrama qədər Ramazan ayında müsəlmanlar oruc tuturlar və xüsusi qaydaları müdafiə edirlər.

Ramazan ayı hicri təqviminin doqquzuncu ayıdır və onun əhəmiyyəti ondan ibarətdir ki, Allah Quran Kitabını məhz həmin zamanı göndərdi.