Murtaz Kikoria - Lari kursunun kəskin düşməsi üçün əsas görünmür, valyuta kursunun tez-tez dəyişirilməsi adi faktordur
Murtaz Kikoria - Lari kursunun kəskin düşməsi üçün əsas görünmür, valyuta kursunun tez-tez dəyişirilməsi adi faktordur

Lari kursunun kəskin düşməsi gözlənilmir, bunun üçün ciddi əsas yoxdur, – bu barədə bəyanatı Milli Bankın vitse-prezidenti, Murtaz Kikoria verdi.

Onun dediyinə görə, valyuta üçün tez-tez dəyişirilən kurs normal haldır, ancaq kiçik inflyasiyanın və xarici valyutada kreditlərin mövcud olmaması şəraitlərində, bu dəyişmələr əhaliyə ciddi zərər verməyəcək.

“Təəsüf ki, düşüb-qalxmalar hər bir valyuta üçün normaldır, sadəcə olaraq, bizim buna yanaşmamız dedolarizasiyadır. Onu elə həyata keçirdik ki, risk faktorlarından irəli gələrək, əhali daha az zərər görsün. Kiçik inflyasiya və xarici valyutada kreditlərin verilməməsi şərtlərində, əhaliyə daha az zərər vurulacaq, – dedi Milli Bankın vitse-prezidenti.

Milli Bak tərəfindən yayılan göstəricilərə əsasən, oktyabrın 17-də, bir amerikan dollarının dəyəri 2.6855 lari olacaq.

Oktyabrın 16-da isə, bir dolların qiyməti 2.6664 lari idi.

Avronun dəyəri isə, 3.1095 lari oldu.