Muxatqverdi qardaş qəbristanlığında Arçil Tatunaşvilinin xatirəsini yad etdilər
Muxatqverdi qardaş qəbristanlığında Arçil Tatunaşvilinin xatirəsini yad etdilər

Arçil Tatunaşvilinin qətlə yetirilməsindən bir il keçdi.

Bugün Muxatqverdi qardaş qəbristanlığında onun xatirəsini yad etdilər.

Arçil Tatunaşvilinin anası Rusudan Tatunaşvilinin bəyanatına görə, onun oğlu vətən borcunu ləyaqətlə ödədi.

“Mənim oğlum mənim üçün sağkən də qəhraman idi. İndi isə, belə bir övlad yetişdirdiyim üçün qürurluyam” – dedi Arçil Tatunaşvilinin anası.

Tatunaşvilinin atası Giorgi Tatunaşvili isə, onun övladını unutmayan hərkəsə təşəkkür etdi.

Arçil Tatunaşvilinin məzarına bugün baş nazir Mamuka Baxtadze də əklil qoydu.

Şərh yaz