Müxalifət martın 2-dən etibarən dövlət qurumlarının binalarını  piket etməyi planlaşdırır
Müxalifət martın 2-dən etibarən dövlət qurumlarının binalarını piket etməyi planlaşdırır

Müxalifət martın 2-dən etibarən dövlət qurumlarının binalarını  piket etməyi planlaşdırır-bu barədə Milli Hərəkatın üzvlərindən biri Xatia Dekanoidze parlament yaxınlığında keçirilən aksiyada bildirib.

Onun sözlərinə görə, aksiyalar Gürcüstan hökumət administrasiyası, Daxili İşlər Nazirliyi və Parlament yaxınlığında planlaşdırılır.

“Sizə önümüzdəki günlərin etiraz dalğasının  planının  təqdim etmək istəyirəm. Bugünkü etiraz aksiyasından sonra biz mübarizə  yoldaşlarımızla birlikdə  2 martda parlament binasının piketinqini planlaşdırırıq. Martın 5-də Bidzina İvanişvilinin görkəmli xidmətçilərindən biri olan Ğaribaşviliyə səsimizi eşitdirmək  kanselariya binasının piketinqini planlaşdırırıq, bu insanın özü-özlüyündə məzmunsuz biridir və ondan bir tək B.İvanişvilinin səsi gəlir.  Martın 9-da  Daxili İşlər Nazirliyinin qarşısında aksiya  planlaşdırırıq, çünki bu qurum bu gün aktivistləri həbs edir, insan haqlarını pozur və əsas məqsədlərinin Bidzina İvanişvilinə deyil, ölkəyə xidmət etmək  olduğunu başa düşmür. 11 Martda  Murusidzenin , Çinçaladzenin, ədalətsizliyin və siyasi mühakimənin əsas rəmzi halına gələn məhkəmə qarşısında bir mitinq planlaşdırırıq.Martın 13-də isə bu aksiyaların sonunda yenidən parlament qarşısına toplaşırıq, birlikdə çoxluq olaraq, əlbətdə ki, bu daha bir güclü marş və müstəqillik uğrunda aksiya olacaq “-deyə Xatia Dekanoidze bildirib.

Müəllif -Sevinc Mustafayeva