Müxalif qüvvələrinin tərəfdarları Boliviyanın dövlət televiziasına soxuldular və yayımları dayandırdılar
Müxalif qüvvələrinin tərəfdarları Boliviyanın dövlət televiziasına soxuldular və yayımları dayandırdılar

Müxalif qüvvələrinin tərəfdarları Boliviyanın “Bolivia TV” dövlət televiziasına soxuldular və yayımları dayandırdılar.

Televiziya əməkdaşlarının bəyan etdiyinə görə, aksiya iştirakçıları onları iki saat ərzində girov götürmüşdülər və texnikanın məhv edilməsi ilə hədələyirdilər.

Yayılan məlumata görə, aksiya iştirakçıları prezident Evo Moralesin bacısının və Oruro şəhərinin qubernatorunun evlərini yandırdılar.

Etiraz aksiyaları Boliviyada 20 oktyabrdan sonra keçirilir. Onlar prezident seçkilərinin nəticələrinə etiraz edirlər. Hüquqmühafizəçilər 200-ə qədər insanı həbs edib.