Müdafiyə naziri İrakli Ğaribaşvili əsgərlərin yeni qida rasiyonu ilə tanış oldu
Müdafiyə naziri İrakli Ğaribaşvili əsgərlərin yeni qida rasiyonu ilə tanış oldu

Gürcüstanın Müdafiyə Naziri İrakli Ğaribaşvili Qorinin hərbi bazasında əsgərlərlə bərabər yemək yedi.

Müdafiyə Nazirliyinin məlumatına görə, İrakli Ğaribaşvili müavini Cuanşer Burçuladze, silahlı qüvvələrin nümayəndələri və Gürcüstanın fermerlər Asosiasiyasının sədri Nino Zambaxidze ilə bərabər əsgərlərin qida rasiyonu və dondurulmamış ətdən hazırlanan yemək ilə şəxsən tanış oldu.

Nazirliyin dediyinə görə, 2020-ci ildən, əsgərlər dondurulmamış ət ilə qidalanacaqlar.

“İrakli Ğaribaşvilinin qərarı ilə, Müdafiyə Nazirliyində əhəmiyyətli yeniliklər həyata keçirildi. 2019-cu ilin noyabrın 1-dən, əsgərlərin qida rasiyonunda ətin norması artdı və qida keyfiyyəti dəyişdirildi” – deyilir Nazirlikdə.

Nazirliyin məlumatına görə, yeni sosiyal siyasət çərçivəsində, müdafiyə qüvvələrinin infrastrukturu da yeniləşdiriləcək və əsgərlərin yeməkxanaları daha yüksək səviyyədə olacaq.