Müdafiə Nazirliyi sənəd yayır, hansına da əsasən təsdiq edir ki, hücumda ittiham olunan Badri Esebua fəaliyyətdə olan hərbi xidmətçi deyil
Müdafiə Nazirliyi sənəd yayır, hansına da əsasən təsdiq edir ki, hücumda ittiham olunan Badri Esebua fəaliyyətdə olan hərbi xidmətçi deyil

Gürcüstan Müdafiə Nazirliyində bəyan edirlər ki, “Gürcüstan Bankına” hücumda ittiham olunan Badri Esebua fəaliyyətdə olan hərbi xidmətçi deyil.

“Rəsmi sənəd yayırıq, hansınla da təsdiq edirik ki, hücumda ittiham olunan Badri Esebua fəaliyyətdə olan hərbi xidmətçi deyil”, – Gürcüstan Müdafiə Nazirliyin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, Nikoloz Molodinaşvili bəyan edir.

“Milli Hərəkatın” partiya kanalı “Mtavari Arxi” tərəfindən müdafiə qüvvələrinə qarşı dezinformasiya kampaniyası davam edir ki, sanki Zuqdididə, bankın filallarından birinə hücum edən şəxs fəaliyyətdə olan hərbi xidmətçidir. Baxmayraq ki, açıqlama verdik ki, qeyd olunan şəxs fəaliyyətdə olan hərbi xidmətçi deyil, qeyd olunan televiziya və bəzi siyasətçi bu faktı inkar edir və bilərəkdən tamamilə fərqli məlumat yayır.

İctimaiyyət və müdafiə qüvvələrinin maraqlarından irəli gələrək, rəsmi sənəd yayırıq, hansınla da təsdiq edirik ki, hücumda ittiham olunan Badri Esebua fəaliyyətdə olan hərbi xidmətçi deyil”, Nikoloz Molodinaşvili bəyan edir.