MSK yeni sədr seçəcək
MSK yeni sədr seçəcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün yeni sədr seçəcək.

MSK-nın üzvləri sədri gizli səsvermə ilə seçəcəklər. Sədr olaraq seçilməsi üçün namizəd, Mərkəzi Seçki Komissiyasının 12 üzvünün səslərinin üçdə ikisini toplamalıdır.

Reqlamentə uyğun olaraq, əgər MSK-nın üzvləri sədri seçə bilmədilərsə, bunu qanunvericilər edəcəklər. Gürcüstan Parlamenti prezident tərəfindən təqdim olunan üç namizəddən birini, bir hftə ərzində seçməli olacaq.

Gürcüstan prezidenti Salome Zurabişvili MSK-nın sədrliyinə Tamar Jvaniyanın, Mariyam Şeleqiyanın və Vladimer Bojadzenin namizədliyini dekabrın 21-də təqdim etdi.

Gürcüstan Mərkəzi Seçki Komissiyasında iclas saat 14:00-da keçiriləcək.