MSK-ya prezidentliyə namizədin təqdim edilməsi məqsədi ilə 42 ərizə daxil olub
MSK-ya prezidentliyə namizədin təqdim edilməsi məqsədi ilə 42 ərizə daxil olub

Mərkəzi Seçki Komissiyasına bu vaxta qədər prezidentliyə namizədin təqdim edilməsinə 42 ərizə daxil olub. Bu barədə MSK-nın mətbuat spikeri, Ana Mikeladze bəyan etdi.

Onun dediyinə görə, prezidentliyə namizədin qeydiyyatdan keçməsi arsuzunda olanların sayı artdı. Prezidentliyə namizədi 23 təşəbbüs qrupu və 19 partiya təqdim edib.

MSK-nın sərəncamına əsasən, prezidentliyə namizədin təqdimatı ən azından 25 923 (seçicilərin ümumi sayının 0,75 %) seçicinin imzası ilə təsdiq olunmalıdır.

“Sentyabrın 8-də, saat 18:00-da təşəbbüs qrupları və partiyaların Mərkəzi Seçki Komissiyasının sədrinə ərizə ilə mürəciəti müddəti başa çatır. Bundan sonra onlar tərəfdarlarının imzalarını toplamağa başlaya bilərlər. İmzalar Mərkəzi Seçki Komissiyasına seçkilər günündən qırx gündən gec olmayaraq təqdim olunmalıdır”, – MSK-nın mətbuat spikeri, Ana Mikeladze bəyan etdi.

Prezidentliyə namizədi təqdim etmək arzusunda olan təşəbbüs qrupları və partiyalar Mərkəzi Seçki Komissiyasına bu gün, saat 18:00-a qədər müraciət etməlidirlər. Bundan sonra isə, onlar tərəfdarlarının imzalarını toplamalı olacaqlar.

Prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.

Şərh yaz