MSK partiya nümayəndələrinə müraciət edir ki, yanlış məlumat yaymaqdan baş qaçırdsınlar
MSK partiya nümayəndələrinə müraciət edir ki, yanlış məlumat yaymaqdan baş qaçırdsınlar

Seçki administrasiyası partiya nümayəndələrinə müraciət edir ki, seçkiləri diskreditasiya edən yanlış məlumat yaymaqdan baş qaçırdsınlar.

MSK-nın mətbuat katibi Ana Mikeladzenin medya vasitələrinə verdiyi bəyanata görə, Milli Hərəkat tərəfindən yayılan məlumat güya ki, İsani rayonunun ikinci seçki məntəqəsində komisiya sədri və komisiya üzvləri seçki qutusuna bülletinlər tökürdülər, yalandır.

“Seçki administrasiyası partiyalara müraciət edir ki, seçki prosesini diskreditasiya edən, yalan-yanlış məlumatlar yaymaqdan baş qaçırdsınlar və prezident seçkilərinin ikinci turuna sakit və əsassız ittihamlar olmadan hazırlaşsınlar” – dedi Ana Mikeladze.

Onun dediyinə görə, oktyabrın 28-də keçirilən seçkilər yenə bir dəfə təsdiqlədi ki, seçki administrasiyası sadəcə seçicilərə xidmət edir və hər birinin səsini qoruyur.