MSK-nın sədri olaraq yenə Tamar Jvaniyanı seçdilər
MSK-nın sədri olaraq yenə Tamar Jvaniyanı seçdilər

MSK-nın sədri olaraq səkkiz səslə ikinci müddətlə Tamar Jvaniyanı seçdilər. Səsvermədə Mərkəzi Seçki Komissiyasının 9 üzvü iştirak edirdi.

Tamar Jvaniya səsvermədə iştirak etmirdi. İclasın başlamasına qədər onun bəyan etdiyinə görə, namizədlər üçün qeyri bərabər durumun yaranmaması üçün səsvermə porossedurunda iştirak etməkdən imtina etdi.

Səsvermədə həmçinin “Milli Hərəkat” və “Avropa Gürcüstanı” nümayəndələri iştirak etmirdilər.

Mərkəzi Seçki Komissiyasının üzvləri sədri gizli səsvermə ilə seçdilər. MSK-nın sədrliyinə daha iki namizəd Mariyam Şeleqiya və Vladimer Bojadze təqdim olunmuşdular.

Tamar Jvaniya Mərkəzi Seçki Komissiyasına 2013-cü ildən rəhbərlik edir.