MSK-nın məlumatına əsasən , seçkilərdə 1 025 406 seçici iştirak edib ki, bu da ümumi sayın 49,09 faizini təşkil edir
MSK-nın məlumatına əsasən , seçkilərdə 1 025 406 seçici iştirak edib ki, bu da ümumi sayın 49,09 faizini təşkil edir

 

Səsvermə prosesi başa çatıb. Seçkilərdə 1 025 406 seçici iştirak edib ki, bu da ümumi seçicilərin 49,09 faizini təşkil edir. Paytaxtda gün ərzində 478 642 seçici (47,7%) səsvermədə iştirak edib, – bu barədə Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə bildirilib.

MSK-dan bildirilir ki, kovid təhlükəsizliklə bağlı tənzimləmələrə tam şəkildə əməl olunmuşdu.

“Bəzi hallarda prosedur xarakterli xətalar qeydə alınsa da, bu səsvermənin dayandırılmasına səbəb verməyib. Seçicilərə fəallıqlarına və səsvermə prosesində kovid tənzimləmələrə əməl etdiklərinə görə təşəkkürümü bildirirəm. Mən həmçinin səsvermə gününün yüksək səviyyədə təşkilinə görə bütün səviyyələrdən olan seçki komissiyasının üzvlərinə və əməkdaşlarına təşəkkür etmək istəyirəm. İştirak edən tərəflərə, müşahidəçilərə və mediaya minnətdarıq.

Seçki Administrasiyası üçün məhz indi ən məsuliyyətli mərhələ- səslərin hesablanması mərhələsi başlayır. Mən bütün səviyyələrdən olan seçki komissiyalarını seçki qanunvericiliyində yazılmış normalara əməl etməyə çağırmaq istərdim.

Qanunvericiliyə müvafiq olaraq saat 20:00-da seçki məntəqələri bağlanıldı və hazırda səslərin sayılması prosesi gedir. Qeydiyyatda olan seçicilərin sayının 300-dən çox olan məntəqələrdə səslərin sayılması prosesinin videoçəkilişi aparılır. Məntəqələrin yekun protokolları tərtib edildikdən sonra müvafiq dairə seçki komissiyalarına təhvil verilir, dairə seçki komissiyaları tərəfindən skaner edilərək ən qısa zamanda MSK-ya göndərilir və təhvil alındıqdan sonra mərhələli şəkildə results.cec.gov.ge xüsusi veb sayta yüklənir.

Burdaca bəzi statistik məlumatları təqdim edirik – saat 07:00-dan saat 20:00-dək MSK-nın kontakt-habına 1318 telefon zəngi və 262 onlayn bildiriş daxil olub. Onların böyük bir hissəsi seçicilər tərəfindən siyahıdakı məlumatların yoxlanılması, seçki məntəqələrinin ünvanlarının dəqiqləşdirilməsi və seçki prosedurlarının dəqiqləşdirilməsi ilə bağlı olub.

Seçki administrasiyası seçkilərdə iştirak edən bütün tərəflərə müraciət edir ki, hər bir seçicinin iradəsinin düzgün əks olunması və səslərin sayılması prosesinə maneçilik törədilməməsi üçün seçki administrasiyasının fəaliyyətini sakit, iş şəraitində keçirməsinə dəstək göstərsinlər”, – deyə MSK-dan bildiriblər.

Bununla yanaşı, MSK-da şikayətlərin sayı ilə bağlı danışmayıblar, lakin Mərkəzi Seçki Komissiyasının mətbuat katibinin verdiyi məlumata görə, şikayətlər əsasən prosedur xarakteri daşıyıb.