MSK-nın Hüquq Departamentinin rəhbəri - bülletenlərdə, ikinci tura keçən bütün namizədlər qeyd olunmuş olacaqlar
MSK-nın Hüquq Departamentinin rəhbəri - bülletenlərdə, ikinci tura keçən bütün namizədlər qeyd olunmuş olacaqlar

Gürcüstanda 17 majoritar dairədə 21 noyabrda Parlament seçkilərinin ikinci turu, Kutaisidə isə, merin növbədənkənar seçkilərinin ikinci turu keçiriləcək, – bu barədə MSK-nın Hüquq Departamentinin rəhbəri, Giorgi Santuriani bəyan etdi.

Elə onun dediyinə görə, ikinci turda ən yaxşı nəticəsi olan iki namizəd iştirak edəcək.

Bununla yanaşı, Santuriani bəyan edir ki, qanunvericilik ikinci tura keçən namizədin imtina etməsi prosedurunu nəzərdə tutmur, müvafiq olaraq, bülletenlərdə  ikinci tura keçən bütün namizədlər qeyd olunamuş olacaqlar.

“İkinci tur 21 noyabrda keçiriləcək. İkinci turun keçirilməsindən 19-cu gündən gec olmayaraq, yəni 10 dekabrdan, Mərkəzi Seçki Komissiyası yekun, seçkilərin yekunlaşdırıcı protokolunu dərc etdirməlidir. Bunu da, iki gün müddətində Tbilisi Şəhər Məhkəməsinə şikayət etmək mümkündür.

Kifayət qədər önəmlidir ki, seçkilərin keçirildiyi majoritar dairənin sərhədlərində, qeydiyyatdan keçdiyi yerdə izolasiyada olan şəxs 17 noyabr saat 18:00-a qədər MSK-nın qaynar xəttinə zəng edib, seçkilərin ikinci turunda iştirak etmək arzusunda olduğunu qeyd etməlidir. Bu təqdirdə, əgər onlar müvafiq idarənin göstəricilərində qeyd olunurlarsa, yekunda onları xüsusi siyahıda qeydiyyatdan keçirəcəklər və daşınan seçki qutusu vasitəsilə ikinci turda iştirak edəcəklər”, – Santuriani bəyan etdi.

Şərh yaz