MSK-da bəyan edirlər ki, Kutaisi Dəirə Seçki Komissiyasının sədri koronavirusdan vəfat etdi
MSK-da bəyan edirlər ki, Kutaisi Dəirə Seçki Komissiyasının sədri koronavirusdan vəfat etdi

Mərkəzi Seçki Komissiyası Kutaisi Dəirə Seçki Komissiyasının sədri, Avtandil Osepaişvilinin vəfat etməsinə görə, dərin kədədrləndiyini ifadə edir, – bu barədə MSK tərəfindən yayılan bəyanatda deyilir.

“Avtandil Osepaişvili Kutaisi Dəirə Seçki Komissiyasının sədri vəzifəsində 2006-cı ildən işləyirdi. Seçki məsələləri üzrə onun böyük təcrübəsi var idi və 14 il ərzində Kutaisi Dəirə Seçki Komissiyasına uğurla rəhbərlik edirdi. Avtandil Osepaişvilinin peşəkarlığı və işə münasibəti onun həmkarları üçün nümunəvi idi.

Avtandil Osepaişvilini İnfeksiya Xəstəxanasına koronavirus diqanozu ilə, 26 oktyabrda yerləşdirdilər və xəstəliyin ağırlığına görə, müalicəsini reanimasiya şöbəsində davam etdirirdi.

Mərkəzi Seçki Komissiyası Avtandil Osepaişvilinin ailəsinə, həmkarlarına və yaxınlarına başsağlığı verir”, – MSK-da bəyan edirlər.