Moskvada silahlı şəxs məbəddə insanlara hücum etdi
Moskvada silahlı şəxs məbəddə insanlara hücum etdi

Moskvada, Müqəddəs Nikolay adına məbəddə silahlı şəxs kilsədə ibadət dua mərasimi zamanı insanlara hücum etdi. Məlumatı rus mediası yayır.

“Rianovostinin” məlumatına görə, xəsarət alanları xəstəxanaya apardılar.

Yayılan məlumata görə, hücum edəni hüquqmühafizəçilər yaxaladılar. Hadisəni görənlərin bəyan etdiyinə görə, hücum edən şəxs bıçaq ilə silahlanmış idi.