Moskvada Rusiya və Gürcüstan prezidentlərinin görüşünü istisna etmirlər, ancaq bəyan edirlər ki, bu görüşə yaxşı hazırlaşılmalıdır
Moskvada Rusiya və Gürcüstan prezidentlərinin görüşünü istisna etmirlər, ancaq bəyan edirlər ki, bu görüşə yaxşı hazırlaşılmalıdır

Moskvada Rusiya və Gürcüstan prezidentlərinin görüşünü istisna etmirlər.

Bu barədə bəyanatı “Ria Novosti” agentliyinə Rusiyanın Xarici İşlər Nazirinin müavini Qriqori Karasin verdi.

Karasinin dediyinə görə, yüksək səviyyəli görüşlər üçün yaxşı hazırlıq lazımdır.

“Teoretik olaraq, hər bir görüşün keçirilməsi üçün imkan var, ancaq buna hazırlaşmaq lazımdır”, – dedi Qriqori Karasin.

Xatırladaq ki, Rusiya lideri ilə dialoq forması haqqında Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bir neçə gün bundan öncə söz etdi.