Mopedlər və kvadrosikllər üçün sürücülük vəsiqəsinin yeni kateqoriyası təyin edildi
Mopedlər və kvadrosikllər üçün sürücülük vəsiqəsinin yeni kateqoriyası təyin edildi

Gürcüstanın “Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliklər nəticəsində mopedləri və yüngül kvadrosiklləri birləşdirən AM sürücülük vəsiqəsinin yeni kateqoriyası yaradılıb. Məlumatı Daxili İşlər Nazirliyinin xidmət qurumu yayıb.

Agentliyin məlumatına görə, istənilən kateqoriya/alt kateqoriyanı idarə etmək hüququ olan şəxs AM kateqoriyalı avtomobili idarə etmək hüququna malik olacaq.

“Maraqlanan şəxs AM kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyirsə, o, sürücülük hüququ üçün yalnız nəzəri imtahandan keçməlidir. Nəzəri imtahana ilkin giriş pulsuz olacaq”, – deyə xidmət qurumundan bildirilib.