Moldovanın seçilmiş prezidenti, Maya Sandu vaxtından əvvəl Parlament seçkilərini tələb edir
Moldovanın seçilmiş prezidenti, Maya Sandu vaxtından əvvəl Parlament seçkilərini tələb edir

Moldovanın paytaxtı Kişinyovda etiraz aksiyası keçirildi. Aksiya iştirakçıları hökumətin istefasını və ölkədə vaxtından əvvəl Parlament seçkilərini tələb edirlər.

Etiraz aksiyasında Moldovanın seçilmiş prezidenti, Maya Sandu da nitqlə çıxış etdi və bəyan etdi ki, ölkəyə tamamilə yeni hökumət lazımdır. Bunun üçün isə, vaxtından əvvəl Parlament seçkilərinin keçirilməsi vacibdir.

Sandu hazırkı prezidenti, İqor Dodonu hakimiyyəti zoraklıqla ələ keçirməsində günahlandırır.