Moldovada rus təbliğatına qarşı qanun qüvvəyə mindi
Moldovada rus təbliğatına qarşı qanun qüvvəyə mindi

Moldova kanallarına rus informasiya-analitik proqramlarının göstərilməsi qadağan olundu.

Rus təbliğatına qarşı mübafiq qanun qüvvəyə dünən mindi.

Qanuna müvafiq olaraq, Moldova ərazisində rus informasiya-analitik, siyasi və hərbi mövzulu verilişlərin translasiyası və retranslasiyası məhdudlaşdırılır.

Rus informasiya kanallarının qadağan olunması barəsində qanun parlamentin sədri imza atdı.

O, bunu yanvarda səlahiyyətləri dayandırılan ölkə prezidenti, İqor Dodonun əvəzinə etdi.

Dodon konstitusiya ilə borclu olduğuna baxmayaraq, qanuna iki dəfə imza atmadı.