Moldova prezidenti İqor Dodon yol qəzasına uğradı
Moldova prezidenti İqor Dodon yol qəzasına uğradı

Moldova prezidenti İqor Dodon yol qəzasına uğradı.

Yerli medianın yaydığı mğəlumata görə, İqor Dodonun kortejində olan avtomobil yük maşını ilə toqquşdu.

“İlkin məlumata görə, prezidenti xəstəxanaya apardılar”, – “Publika.md” teleşirkəti tərəfindən yayılan məlumatda deyilir.

Polis təsdiq etdi ki, prezidentin korteji yol qəzasına uğradı, lakin başqa detalların açıqlanmasından tərəddüd etdi.

“Prezidenti kortejində olan iki avtomobil yol qəzasına uğradı. Maşınlarda olan şəxslərə tibbi yardım göstərildi”, – polisin bəyanatında deyilir.

Şərh yaz