Minsk və müxtəlif şəhərlərdə keçirilən aksiyalarda hüquqmühafizəçilər nümayişçiləri yaxalayırlar
Minsk və müxtəlif şəhərlərdə keçirilən aksiyalarda hüquqmühafizəçilər nümayişçiləri yaxalayırlar

Belarus paytaxtı Minskdə və müxtəlif şəhərlərdə keçirilən aksiyalarda hüquqmühafizəçilər nümayişçiləri yaxalayırlar. Bu barədə məlumatı “Doyçe Velle” yerli mediaya istinad edərək yayır.

Nəşrin məlumatına görə, Qrodnoda hüquqmühafizəçilər jurnalist, Mariya Liudkeviçi yaxaladılar.

Minskdə bütün gün ərzində əhaliyə internet əngəllərlə ötürülürdü. Bir neçə saat bundan əvvəl üç metrostansiyası dayandırılmışdı. Lakin yayılan məlumata görə, metro işinə başladı.

Bu günki aksiya hökumətlə rəsmi olaraq razılaşdrılmayıb.

Belarusda prezident seçkiləri 9 avqustda keçirildi. Ölkənin Mərkəzi Seçki Komissyasının rəsmi göstəriciləri ilə, seçkilərdə hazırkı prezident, Aleksandr Lukaşenko qalib gəldi. Müxalifət və onların tərəfdarları seçkilərin nəticələrini tanımırlar.