Milli Şərab Agentliyinin məlumatına görə, 2019-cu ildə müstəqil Gürcüstan tarixində, şərab ixracının ən yüksək göstəriciıəri qeydə alındı
Milli Şərab Agentliyinin məlumatına görə, 2019-cu ildə müstəqil Gürcüstan tarixində, şərab ixracının ən yüksək göstəriciıəri qeydə alındı

Milli Şərab Agentliyinin məlumatına görə, 2019-cu ildə müstəqil Gürcüstan tarixində, şərab ixracının ən yüksək göstəriciıəri qeydə alındı.

2019-cu ildə, Gürcüstandan dünyanın 53 ölkəsinə 94 milyon şüşəyə qədər (0,75 litrlik) şərab ixrac edildi və bu da, 2018-ci ilin göstəriciləricilərindən 9 faizlə artıqdır.

Agentliyin məlumatına görə, ixrac edilən şərabın qiyməti 240 milyon ABŞ dollarına qədərdir və bu məbləğ 2018-ci ilin məbləğindən 17 faizlə artıqdır.

İxrac gürcü şərabının strateji bazarlarında artıb: Polşa – 17 faiz (4114972 şüşə), Çin – iki faiz (7089259 şüşə), ABŞ – 48 faiz (678148 şüşə) və Böyük Britaniya – 60 faiz (168307 şüşə).

2019-cu ildə, müxtəlif miqdarda şərab ixracı 341 şirkət tərəfindən edilib.