Milli İmtahanlar üçün qeydiyyat bu gün başladı və 30 mart saat 18:00-dək davam edəcək
Milli İmtahanlar üçün qeydiyyat bu gün başladı və 30 mart saat 18:00-dək davam edəcək

Vahid Milli İmtahanlar üçün qeydiyyat bu gün başladı və 30 mart saat 18:00-dək davam edəcək.

İştrakçılar qeydiyyatı elektron şəkildə, Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzinin – online.naec.ge vebsəhifəsində keçməlidirlər.

Vahid Milli İmtahanlar Mərkəzinin məlumatına görə, abituriyentlərin qeydiyyat prosesi bu il də bir neçə mərhələdə keçiriləcək.

Qeydiyyatın ilk mərhələsində abituriyent borcludur ki, şəxsi göstəricilərini doldursun, imtahan şəhərini, tapşırılası fənnləri seçsin. Fənnin seçilməsi və ya dəyişdirilməsi, həmçinin imtahan dilinin dəyişdirilməsi 7 may saat 18:00-dək mümkündür.