Azərbaycanlı və erməni abiturientlərin bir hissəsi kifayət qədər məlumatı olmadığına görə, universitetlərə qəbul ola bilmədi
Azərbaycanlı və erməni abiturientlərin bir hissəsi kifayət qədər məlumatı olmadığına görə, universitetlərə qəbul ola bilmədi

Gürcüstanda yaşayan azərbaycanlı və erməni abiturientlərin bir hissəsi, gərəkli məlumatı olmadığına görə Universitetlərə düşə bilmədi, – bu barədə məlumatı Dəyərləndirmə və Milli İmtahanlar Mərkəzinin rəhbəri  Sopio Giorqadze Təhsil Nazirliyinin yanında milli azlıqlar tərəfindən keçirilən aksiyada verdi.

Kompetensiya həddini keçmələrinə rəğmən, Universitetlərə düşə bilməyən azərbaycanlı və erməni abiturientlər, Təhsil Nazirliyindən müxtəlif universitetlərdə boş olan yerlərə qəbul edilməyi tələb edirdilər.

Mərkəzin rəhbərinin bəyan etdiyinə görə, Milli İmtahanlar Mərkəzi bundan sonra informasiya kampaniyasını gücləndirəcək ki, bir daha belə problemlər baş verməsin.

“Nə baş verdiyini anlamaya çalışdıq və məlum oldu ki, milli azlıqların nümayəndələri olan abiturientlər qeydiyyat ərizəsini doldurarkən kifayət qədər məlumat almayıblar. Bu mərhələdə baş verən problemin həlli yollarını düşünəcəyik, sonra isə, bənzər problemlərin bir daha baş verməməsi üçün informasiya kampaniyamızı gücləndirəcəyik” – dedi Sopo Giorqadze.

Xatırladaq ki, Milli İmtahanlarda minimal baryeri keçə bilmələrinə rəğmən, universitetlərə düşə bilməyən azərbaycanlı və erməni abiturientlər müxtəlif universitetlərdə boş qalan yerlərə qəbul edilməyi tələb edirlər.

Bu tələblə onlar Təhsil Nazirliyinin yanında aksiya keçirdilər.

Qeydiyyat ərizəsini doldurarkən, abiturientlər sadəcə bir Universiteti seçdilər, halbuki hər ehtimala görə, bir neçə universiteti seçmək haqqalrı var idi.