"Milli Hərəkatda" bəyan edirlər ki, 31 oktyabrda Rustaveli prospektində toplaşmağı axşam saat səkkizdən sonra planlaşdırırlar ki, böyük ekrandan MSK-ya protokolların daxil edilməsi prosesini izləsinlər
"Milli Hərəkatda" bəyan edirlər ki, 31 oktyabrda Rustaveli prospektində toplaşmağı axşam saat səkkizdən sonra planlaşdırırlar ki, böyük ekrandan MSK-ya protokolların daxil edilməsi prosesini izləsinlər

“Vahid Milli Hərəkatın” üzvü, Zaal Udumaşvilinin bəyan etdiyinə görə, “Milli Hərəkat” 31 oktyabrda Rustaveli prospektində toplaşmağı axşam saat səkkizdən sonra planlaşdırır.

Elə onun dediyinə görə, toplantının məqsədidir ki, tərəfdarları ilə birlikdə böyük ekrandan MSK-ya protokolların daxil edilməsi prosesini izləsinlər.

“Mamuka Mdinaradze bəyan etdi ki, “Milli Hərəkat” 31 oktyabrda saat 12-dən Rustaveli prospektində toplaşmağı planlaşdırır və çoxminli aksiya keçirəcək, bu yalandır. “Gürcü Arsusunda” ya yazılandan məntiq çıxara bilmirlər və ya bilərəkdən ictimayyəti səhvə salırlar, lakin düşünürəm hər ikisi birlikdədir.

Bizim adımızdan Meriyaya 31 oktyabr barəsində həqiqətən məktub daxil olub, lakin Rustaveli prospektində toplaşmağı saat 12 deyil, axşam saat səkkizdən sonra planlaşdırırıq. Seçki məntəqələri bağlandıqdan sonra biz əhali ilə birlikdə MSK-ya protokolların daxil edilməsi prosesini izləmək və ən əsası, qələbəmizi birlikdə qeyd etmək istəyirik.

Ərizədə göstərilən saat 12-yə gəldikdə, texniki personal gedəcək, onlar səhnəni quraşdırmalı və axşam saat doqquz üçün hazırlamalıdırlar. Buna təxminən 6-7 saat lazımdır. Məhz elə buna görə ərizədə saat 12 göstərilib. Buna görə, daimə bu yalanları tirajlamaqdan əl çəkin. Aydındır ki, həyacanlanırsınız və buna həqiqətən səbəbiniz var, çünki 31 oktyabrda Gürcüstan əhalisi sizinlə vidalaşacaq”, – Zaal Udumaşvili bəyan etdi.

Udumaşvilinin açıqlamasına görə, çalışacaqlar pandemiyaya görə mövcud olan zəmanətləri müdafiə etsinlər.

“Biz çalışacağıq ki, rekomendasiyaları maksimal olaraq müdafiə edək. Bu xalqın sayından asılı olacaq. İstisna deyil ki, stikerləri bütün prospektə bərkidək. Bundan başqa təşkilatı komanda olacaq ki, onlar iştirakçılardan məsafənin müdafəsini tələb edəcəklər”, – Udumaşvili bəyan etdi.

Bununla yanaşı, Udumaşvilinin qeyd etdiyinə görə, “Milli Hərəkatın” birinci turda qələbə çalacağı şəhərlərdə təxribatlardan söhbət gedir.

“Bu gün təxribatlardan söhbət etdikləri şəhərlər barəsində eşitdik. Bu şəhərlər “Milli Hərəkatın” yüz faiz birinci turda qələbə çalacağı şəhərlərdir. Bu şəhərlərdə mütləq qələbə çalırıq. Təxribat qələbə çalacağımız şəhərlərdə nəyimizə lazım gəlməlidir. Bu şəhərlərdə onlar məğlubiyyətə uğrayacaqlar”, – Zaal Udumaşvili qeyd etdi.

Şərh yaz