“Milli Hərəkat” üzvləri Batumi Sakrebulosuna naməlum maye töküblər, buna görə iclas dayandırılıb
“Milli Hərəkat” üzvləri Batumi Sakrebulosuna naməlum maye töküblər, buna görə iclas dayandırılıb

Batumi Sakrebulosunun iclası başlayandan bir neçə dəqiqə sonra dayandırılıb.

Gürcüstanın Birinci Kanalının jurnalistinin verdiyi məlumata görə, “Milli Hərəkat”ın nümayəndələri naməlum maye töküblər və bu, sessiyanın dayandırılmasına səbəb olub. Zala mayenin tökülməsi nəticəsində kəskin qoxu yaranıb.

İclasda müzakirə olunacaq məsələlər arasında Batuminin gələn ilki büdcəsinin müzakirəsi də var. Milli Hərəkat üzvləri büdcə layihəsinin müzakirəsinə etiraz edirlər.

Bu dəqiqələrdə sessiya öz işini davam etdirdi.

İclasla paralel olaraq Milli Hərəkat tərəfdarları və Sakrebulonun yeni üzvləri də binanın qarşısındadırlar. Onlar sessiyaya daxil olmağı tələb edirlər. Bina hüquq-mühafizə orqanlarının kordonu ilə qorunur.