Milli Bankın prezidentini parlamentdə noyabrın 27-də dinləyəcəklər
Milli Bankın prezidentini parlamentdə noyabrın 27-də dinləyəcəklər

Milli Bankın prezidentini parlamentdə, maliyyə-büdcə komitəsində noyabrın 27-də dinləyəcəklər, – bu haqqda parlamentin büdcə komitəsinin sədri, İrakli Kovzanadze bəyan etdi.

İrakli Kovzanadzenin sözlərinə görə, maliyyə-büdcə komitəsində 2018-2020-ci illərin pul-kredit siyasətini müzakirə edəcəklər.

“Bizim planlaşdırılmış prossesimiz var, bu pul-kredit siyasətinin müzakirəsi olacaqdır ki, bu da praktiki olaraq hər cür prossesin tərkib hissəsidir. Bu büdcəyə aid olan prossesin tərkib hissəsidir. Milli Bankın prezidentinin noyabrın 27-də dinlənilməsi ayrıca planlaşdırılıb. Bu maliyyə-büdcə komitəsinin öhdəliyidir və cənab Koba Qvenetadze komitəyə bu baxımından təşrif buyuracaqdır. Komitədə 2018-2020-ci illərin pul-kredit siyasəti müzakirə olunacaq. İstənilən həmkarımız sual verə bilər. Komitə iclasından sonra məsələni sessiyaya çıxaracağıq. Dinləmə noyabrın 27-də baş tutacaq və bunun bunu təşkilini maliyyə-büdcə komitəsi, Koba Qvenetadze ilə birlikdə edir”, -Kovzanadze bəyan etdi.