Milli Bank - "Ti-Bi-Si" Bankla bağlı istintaq prosesi bank sektorunun stabil fəaliyyətinə təsir göstərməyəcək
Milli Bank - "Ti-Bi-Si" Bankla bağlı istintaq prosesi bank sektorunun stabil fəaliyyətinə təsir göstərməyəcək

“Tibisi” Bankla bağlı baş prokurorluq tərəfindən başladılan istintaq haqqında medyada yayılan məlumata dair Milli Bank bəyanat verdi.

Milli Bank bəyan edir ki, “Tibisi” Bank sağlam bir kredit təşkilatıdır və likvid vəsaitləri və nəzarət kapitalı adekvat səviyyədədir.

“Milli Bankın dəyərləndirməsinə görə, aparılan istintaq prosesi Bank sektorunun stabil və effekiv fəaliyyətinə təsir etməyəcək və bunu beynəlxalq standartlara müvafiq olan nəzarət siyasətinin mövcud olması maksimal şəkildə təmin edəcək” – deyilir Bankın bəyanatında.

Gürcüstanın Baş Prokurorluğunun istintaq bölməsi “Tibisi bankın” işi ilə bağlı aparılan istintaq çərçivəsində Bankdan müəyyən sənədlərin təqdim edilməsini tələb etdi.