Milli Bank - Milli valyuta kursuna prezident seçkiləri dövründə mövcud olan vəziyyət də mənfi təsir verir
Milli Bank - Milli valyuta kursuna prezident seçkiləri dövründə mövcud olan vəziyyət də mənfi təsir verir

Valyuta kursunun dinamikasına prezident seçkiləri dövründə mövcud olan vəziyyət də mənfi təsir verir – bu barədə bəyanatı lari kursu ilə bağlı Milli Bank verir.

Bəyanata əsasən, Gürcüstanda daim dəyişən kurs rejimi mövcuddur.

“Bizdə mövcud olan məlumata görə, son dövrdə valyuta bazarında dəyişən kursun səbəbi fundamental iqtisadi faktorlarla bağlı deyil. Kursun son dəyişiminə ölkədəki prezident seçkiləri mənfi təsir verir.

Milli Bank ekspertlərdən və ictimai şəxslərdən xahiş edir ki, bu vəziyyətdə lari kursu haqqında yanlış proqnozlar edib, vəziyyəti daha da gərginləşdirməsinlər.

Həmçinin, xatırladırıq ki, Milli Bankın məqsədi qısa müddətdə qiymətlərin stabilləşməsinin təmin edilməsidir və müvafiq olaraq, da əlində olan bütün instrumentlərdən istifadə edəcək ki, yüksək inflyasiyaya yol verilməsin” – deyilir bəyanatda.