BVF - Milli Bank qiymətləri, maaşları, monetar və maliyyə parametrlərini müşahidə etməyə davam etməlidir
BVF - Milli Bank qiymətləri, maaşları, monetar və maliyyə parametrlərini müşahidə etməyə davam etməlidir

Beynəlxalq valyuta fondunda bəyan edirlər ki, Gürcüstandaki monetar siyasət ölkədə mövcud olan vəziyyətə müvafiqdir.

“Mövcud olan rejim davam etməlidir, Mərkəzi bank qiymətlərə, maaşlara, monetar və maliyyə parametrlərinə diqqət etməyə və müvafiq monetar vəziyyəti təmin etməyə davam etməlidir” – deyilir fond tərəfindən yayılan prez-relizdə.

Beynəlxalq Valyuta Fondu Gürcüstana bir neçə tövsiyyə verir.

“Krizisin idarə edilmə çərçivəsi ən gözəl beynəlxalq praktikalara uyğun olmalıdır. Stresin idarə edilməsi prosesi təkmilləşdirilməlidir. Başlayan artım üçün əl verişli şəraitlərin yaradılmasına yol açan struktur islahatlarının həyata keçirilməsi tezləşdirilməlidir ki, özəl sektor, orta müddətli dövrdə, artımı gücləndirən əsas qüvvə olsun” – deyilir fondun bəyanatında.

Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu Gürcüstana 42.25 milyon dollar ayıracaq.