Millətlər Liqasında ilk oyunda Gürcüstan futbol yığması bu gün Qazaxıstan ilə qarşılaşacaq
Millətlər Liqasında ilk oyunda Gürcüstan futbol yığması bu gün Qazaxıstan ilə qarşılaşacaq

UEFA-nın Millətlər Liqasında ilk oyunda Gürcüstan futbol yığması bu gün Qazaxıstan ilə qarşılaşacaq.

“Astana Arenada” Gürcüstan yığmasının futbolçuları artıq ilk məşqini keçirdilər.

Gürcüstan futbol yığmasının baş məşqçisi Vladimir Vays “Astana Arenada” keçirilən mətbuat konfransında Gürcüstan yığması və rəqib barəsində söhbət etdi.

“Qrupumuzda hər komandanın öz mənfi müsbət tərəfləri var. Bizim məqsədimiz isə, görüşdə qələbə və qrupda birinci yerə çıxmaqdır. İndi hər bir xalın böyük əhəmiyyəti var”, – Vladimir Vays bəyan etdi.

Qazaxıstan-Gürcüstan arasında görüş Astanada bu gün, Tbilisi vaxtı ilə saat 18:00-də başlayacaq. Görüşün birbaşa telereportajını Birinci Kanal təqdim edəcək.