Mikroavtobusların sərnişinləri düşürmək üçün sadəcə avtobus dayanacaqlarında durmaları yenə 12 mərkəzi küçədə məcburi olacaq
Mikroavtobusların sərnişinləri düşürmək üçün sadəcə avtobus dayanacaqlarında durmaları yenə 12 mərkəzi küçədə məcburi olacaq

Mikroavtobusların sərnişinləri düşürmək üçün sadəcə avtobus dayanacaqlarında saxlanması yenə 12 mərkəzi küçədə məcburi olacaq, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze paytaxt hökümətinin növbəti iclasında verdi.

Kaxa Kaladzenin dediyinə görə, hər istənilən yerlərdə mikroavtobusların saxlaması yollarda ciddi problemlər yaradır, çünki vətəndaşlar mikro-avtobusu saxlatmaq üçün təhlükəli yerlərdən keçməli olurlar.

“Keçən il pilot layihəsi çərçivəsində, paytaxtın 14 küçəsində mikroavtobusların dayandırılması sadəcə xüsusi dayanacaqlarda mümkün idi, indi isə, yenə 12 küçədə belə olacaq, çünki mikroavtobusların istədiyi yerlərdə durması ciddi problemlərə səbəb olur” – dedi Kaladze.

Requlyasiyalar növbəti küçələrə aiddir:

 Ketevan Dedopali prospekti

Tamar Mepe prospekti
Akaki Tsereteli prospekti
David Quramişvili prospekti
Qriqol Robakidze prospekti
Nutsubidze küçəsi
Tsotne Dadiani küçəsi
Sulxan Tsintsadze küçəsi
Vaja Çaçava küçəsi

Atskuri küçəsi

Cavaxeti küçəsi