Mixeil Sarcveladze - yeni seçkilər məsələsi müzakirə olunmur, danışıqların çox pis önşərtidir, əgər müxalifət yalnız bunu gözləyirsə
Mixeil Sarcveladze - yeni seçkilər məsələsi müzakirə olunmur, danışıqların çox pis önşərtidir, əgər müxalifət yalnız bunu gözləyirsə

“Gürcü Arzusu” seçki siyahısının üzvü, Mixeil Sarcveladzenin bəyan etdiyinə görə, hakim komanda tərəfindən yeni seçkilərin təyin olunması məsələsi müzakirə olunmur.

Sarcveladzenin dediyinə görə, əhəmiyyətlidir ki, danışıqlar prosesində bütün siyasi aktor nəticəyə yönəldilmiş olsun ki, danışıqlar uğurlu olsun.

“İrəlcədən ultimatumların irəli sürülməsi ki, müzakirə mövzusu yalnız bir konkret məsələ olmalıdr və başqa heç bir şey, düzgün yanaşma deyil. Düzgün yanaşma deməkdir ki, bir-birimizin mövqeyini anlayaq və o mövzuları axtaraq ki, hansı üzərində də razılaşa bilərik. Bununla yanaşı, bir tərəf ultimatumla danışsın və ikinci təkliflərlə, bu düzgün yanaşma deyil.

Hazırda, biz tərəfdən yeni seçkilər məsələsi müzakirə olunmur. Əgər müxalifət yalnız bunu gözləyirsə və təklifi budursa, bu danışıqların çox pis önşərtidir. Deyə bilmərəm ki, “Gürcü Arzusu” heç bir güzəştli versiya üzərində işləmir, əksinə, biz onun üzərində işləyirik ki, konsesusa nail olunsun”, – Sarcveladze bəyan etdi.