Mixeil Saakaşvili - Mən Mixeil Saakşviliyəm, hər şeyə sonuna qədər gedirəm, vəzifə istəmirəm, ancaq xalqıma əl qaldıranlara sonuna qədər qarşı duracam
Mixeil Saakaşvili - Mən Mixeil Saakşviliyəm, hər şeyə sonuna qədər gedirəm, vəzifə istəmirəm, ancaq xalqıma əl qaldıranlara sonuna qədər qarşı duracam

Əgər xalqıma qarşı yüz iki axmaqlıqlar etməyi planlayırsınızsa, mən Mixeil Saakaşviliyəm, hər şeyə sonuna qədər gedirəm, vəzifə istəmirəm, ancaq xalqıma əl qaldıranlara sonuna qədər qarşı duracam, – bu bəyanatı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Mtavari” kanalının efirində verdi.

Mixeil Saakaşvili qeyd etdi ki, “Gürcü Arzusu” əslində bu günki seçkilərdə məğlub olub.

“Bugün biz təsdiq etdik ki, çox önəmli bir millətik. Elene Xoştaria Vakedə, Tbilisinin mərkəzində səslərin 50 faizini yığdı. Nika Melia, Levan Xabeişvili və Qriqol Vaşadze də 50-53-55 faiz yığdılar. Bu deməkdir ki, İvanişvili rejimi dağılıb.

Əminəm ki, “Milli Hərəkat” 33%-dən  daha çox səs yığıb, çünki ekzitpollar çox vaxt doğru olmur.

2016-cı ildə, ilk tur nəticəsində, prezident seçkilərində, ekzitpollara görə, Salome Zurabişvili Qriqol Vaşadzedən çox səs yığmışdı, ancaq sonra hesab bərabərləşdi.

Bu vəziyyətdə onların tarixi başa çatdı.

Artıq gürcü xalqına nəfəs almaq imkanl verin.

Əgər xalqıma qarşı yüz iki axmaqlıqlar etməyi planlayırsınızsa, mən Mixeil Saakaşviliyəm, hər şeyə sonuna qədər gedirəm, vəzifə istəmirəm, ancaq xalqıma əl qaldıranlara sonuna qədər qarşı duracam. Lazım olsa, bu mübarizəyə fiziki olaraq, orda olmağımla qarşı duracam.

Biz bir millətin övladlarıyıq və konfrontasiya yaratmağı kimsəyə tövsiyyə etmirəm.  Biz zəmanət verməyə hazırıq ki, kimsəyə qarşı repressiyalar edilməyəcək.

Seçkilərdə məğlub olubsunuz başa düşdük, ancaq bu demək deyil ki, həyat başa çatdı. Məndə yeddi-səkkiz il öncə seçkilərdə məğlub oldum, ancaq həyata davam etdim” – dedi Mixeil Saakaşvili.

Onun dediyinə görə, “Milli Hərəkat” və digər müxalifət qrupları Gürcüstanda absolyut şəkildə qalibdirlər, əks fikir isə, sadəcə lirikadır.

Şərh yaz