Mixeil Saakaşvili - Mən baş prokurora tabe olmayacam, çünki o bacarıqsızdır
Mixeil Saakaşvili - Mən baş prokurora tabe olmayacam, çünki o bacarıqsızdır

“Mən müstəntiqləri burada, çadrlarda qəbul edə bilərəm” – dedi Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili. 

Onun dediyinə görə, o Yuri Lutsenkoyu Ukraynanın baş prokuroru olaraq, görmür və soruşdurmaya da getməyəcək.

“Savadsız Lutsenkonun yurisprudensiya ilə heç bir işi olmamalıdır. Ukraynanın baş prokuroru vəzifəsinə də o tanışlıqla təyin edildi. Onun verdiyi əmrlər həmişə qeyri-qanunidir. Mən yalançı baş prokurorun yanına getməyəcəm, çünki o bacarıqsızdır. Mən onu prokuror olaraq, tanımıram”, – dedi Saakaşvili.

Xatırladaq ki, Ukrayna baş prokurorluğu Mixeil Saakaşviliyə qanuna tabe olması üçün 24 saat verib.