Mixeil Saakaşvili - gələ bilərəm və özümü qurban verə bilərəm, bir prezidenti artıq qətlə yetirdik, Zviad Qamsaxurdiyanı, əgər qərar versək ki, bu önəmlidir, hazıram
Mixeil Saakaşvili - gələ bilərəm və özümü qurban verə bilərəm, bir prezidenti artıq qətlə yetirdik, Zviad Qamsaxurdiyanı, əgər qərar versək ki, bu önəmlidir, hazıram

Gələ bilərəm və özümü qurban verə bilərəm, bir prezidenti artıq qətlə yetirdik, Zviad Qamsaxurdiyanı, əgər qərar versəniz ki, bu önəmlidir, mən bunun üçün hazıram, – bu barədə Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvili “feysbukda” layv zamanı bəyan etdi.

“Gələ bilərəm və özümü qurban verə bilərəm, lakin sizin üçün nəticə olacaq, bir prezidenti artıq qətlə yetirdik, Zviad Qamsaxurdiyanı. Nə lazımdı, baş üstə, gələrəm, özümü qurban verərəm. Bizə ümumi qələbə lazımdır. Mən hər şey üçün hazıram. Sizə nə lazımdır, qələbəmi yoxsa qurban verməkmi. Buna birlikdə qərar verək və əgər qərar versəniz ki, bu önəmlidir, mən bunun üçün hazıram”, – Saakaşvili bəyan etdi.

Bununla yanaşı suala ki, Gürcüstanda cari aksiyalara birbaşa efirə nəyə görə qatılmır, Saakaşvili bəyan edir ki, indi əsas bu deyil.

“Mitinqlərə mənim özüm qoşulmuram. Düşünmürəm ki, mənim mövzum əsas mövzu olmalıdır. Vətənim üçün dəli kimi darıxmışam. Lakin duyğularımdan yüksəkdə dururam. Sizi sonuna qədər soydular. Ananızı ağlatdılar və cavab verməlisiniz. İndi sizin məsələnizdi, yox ki, Saakaşvilinin və ya başqa soyadlı insanın məsələsi”,  – Saakaşvili bəyan etdi.