Mixeil Çxenkeli - Müəllimlərə müntəzəm olaraq, test keçiriləcək və məktəblərdə təhlükəsiz mühitin olması üçün hər şey ediləcək
Mixeil Çxenkeli - Müəllimlərə müntəzəm olaraq, test keçiriləcək və məktəblərdə təhlükəsiz mühitin olması üçün hər şey ediləcək

“Məktəblərdə tibbi protokol sərt şəkildə qorunacaq, müəllimlərə müntəzəm olaraq, tibbi test keçiriləcək və məktəblərdə təhlükəsiz mühitin olması üçün hər şey ediləcək, – bu barədə bəyanatı Gürcüstanın Təhsil Naziri Mixeil Çxenkeli verdi.

Çxenkeli qeyd etdi ki, epid-vəziyyət imkan verir ki, fevralın 15-dən, ölkə miqyasında təhsil prosesi sinif otaqlarında davam etsin.

“İctimaiyyəti təbrik etmək istəyirəm. Bildiyiniz kimi, fevralın 15-dən ölkə miqyasında bütün məktəblər açılacaq. Uşaq bağçalarının, professiyonal və ali təsil müəssisələrinin açılması isə, növbəti mərhələ üçün nəzərdə tutulur.

Xüsusi ilə vurğulamaq istəyirəm ki, məktəblərdə tibbi protokol sərt şəkildə qorunacaq və gərəkən hər şey ediləcək ki, məktəblərdə təhlükəsiz mühit olsun” – dedi Təhsil Naziri.