Mixeil Çxenkeli  - Müəllimlər müasir dövrün qəhramanlarıdır, onların qarşısında baş əyirəm
Mixeil Çxenkeli - Müəllimlər müasir dövrün qəhramanlarıdır, onların qarşısında baş əyirəm

Gürcüstanın Təhsil, Elm və Mədəniyyət Naziri Mixeil Çxenkeli Kutaisi Beynəlxalq Universitetində, “Gürcü Arzusu – Demokratik Gürcüstan”-ın 2020-ci ilin seçki proqramının tematik tədimatı çərçivəsində, ümumi təhsil istiqamətində aparılan və planlaşdırılan layihələr haqqında danışdı.

Nazir gələcək nəslin inkişafında müəllimlərin böyük rolu oduğunu qeyd etdi və pandemiya zamanı fasiləsiz işləyən müəllimlərə təşəkkür etdi.

“Məlum olduğu kimi, təhsil islahatımız ümumi təhsil istiqamətində intensiv şəkildə davam edir və daha sürətli adımlarla davam edəcək. Biz çox yaxşı dərk edirik ki, məktəb üçün ən önəmli şəxs müəllimdir. Ona görə də, müəllimlərin prestijinin artması –  mənim üçün ən prioritetli məsələdir.

Burada müəllimlərin maaşlarının artması da nəzərdə tutulur. Bu proses artıq başlayıb və davam edəcək. Ancaq maaşlar sadəcə planın bir hissəsidir, əsas olan isə, – müəllimin rolunun və bu ixtisasın ictimaiyyət arasında həqiqətən əvəzsiz olmasıdır.

Görürük ki, artıq müəllim olmaq istəyən gənclərin böyük axını müşahidə olunur. Müəllim olmaq istəyənlərin çoxluğu göstərir ki, müəllim olmağın prestiji bu ölkədə artır. Biz əlimizdən gələni edəcəyik ki, bu proses ölkədə daha böyük addımlarla artsın.

Təhsil islahatı çərçivəsində, gələcəyin məktəbi yaradılacaq, harda xüsusi diqqət müasir texnologiyalara yetiriləcək və hər bir şagird üçün uyğunlaşdırılmış təhsil sitemi tətbiq olunacaq.

Məqsədimiz odur ki, hər bir şagird və hər bi valideyn məktəbin onlara göstərdiyi qayğıyı hiss etsin və bu məqsədə mütləq nail olacağıq.

Xüsusi ilə böyük minnətdarlığımı pandemiya zamanı işləyən qəhraman müəllimlərə bildirmək istəyirəm. Onlar həqiqətən müasir dövrün qəhramanlarıdırlar. Onların qarşısında baş əyirəm” – dedi Təhsil Naziri Mixeil Çxenkeli.