Mixeil Çxenkeli - Ekskursiyalarla bağlı regulyasiyalar sərtləşdirilməlidir
Mixeil Çxenkeli - Ekskursiyalarla bağlı regulyasiyalar sərtləşdirilməlidir

Məktəb ekskursiyaları ilə bağlı regulyasiyalar sərtləşdirilməlidir, – bu barədə bəyanatı Təhsil Naziri Mixeil Çxenkeli Telavi referal xəstəxanasında, avto-qəzada zərər görənləri ziyarət etdikdən sonra verdi.

Onun dediyinə görə, qəzanın baş verdiyi ekskursiya valideynlər tərəfindən təşkil olunmuşdu.

“Bu ekskursiyanın valideynlər tərəfindən təşkil edilməsinə baxmayaraq, bütün  məktəb ekskursiyaları ilə bağlı requlyasiyalar sərtləşdirilməlidir” – dedi Təhsil Naziri.

Nazir həlak olanların ailələrinə baş sağlığı verdi və zərər görənləri xəstəxanada yoxladı.

Xatırladaq ki, 175 saylı məktəbin 6-cı sinif şagirdləri avto-qəzaya uğradılar.

Bədbaxt hadisə nəticəsində dörd nəfər həyatını itirdi, 23-isə, ağır yaralandı.

Uşaqları ekskursiyaya aparan marşrut taksisinin sürücüsü dağ keçidində sükanı saxlaya bilmədi və maşın dərəyə düşdü.