Mixeil Canelidze - Gürcüstan tendensiyaları görür və partnyorlarımızın vizaliberallaşdırma məsələsi üzrə narahatlığı ilə paylaşır
Mixeil Canelidze - Gürcüstan tendensiyaları görür və partnyorlarımızın vizaliberallaşdırma məsələsi üzrə narahatlığı ilə paylaşır

Gürcüstan tendensiyaları görür və partnyorlarımızın vizaliberallaşdırma məsələsi üzrə narahatlığı ilə paylaşır, – bu barədə Münxendə, təhlükəsizliyin 54-cü konfransında Gürcüstanın xarici işlər naziri, Mixeil Canelidze gürcü mətbuatına bəyan etdi.

Almaniya Daxili İşlər nazirinin bəyanatına cavab olaraq Canelidze qeyd edir ki, dayandırmaq mexanizminin dayandırılması üçün gürcü tərəfi partnyorları ilə birlikdə konkret addımların işlənib hazırlanması üzrə işləyir.

“Bu statistikanı həyəcandoğurucu adlandıra bilmərəm. Lakin, sözsüz ki, bu statistikaya diqqət yetiriləsi və müvafiq münasibət bildiriləsidir.

Məhz bu münasibət yolları baş nazir ilə müzakirə olundu və bir neçə istiqamətlə bağlıdır. İlk növbədə bu ölkə daxilində daha artıq məlumat kampaniyasıdır.

Sözsüz ki, biz Avropa İttifaqı üzv ölkələri ilə danışıqları davam etdirəcək ki, Gürcüstan təhlükəsiz ölkə kimi etiraf olunsun. Bu cür etiraf artıq 6 ölkə tərəfindən qəbul olunubdur. Bu barədə biz alman deputatları ilə, bundestaqın üzvləri ilə sğöhbət etdik ki, bu məsələ müzakirə olunsun. Çünki Gürcüstan həqiqətən demokratiyanın yüksək standartlarına cavab verir.

Həyacan, statistika sığınacaq axtaranların son dörd ay ərzində artan sayı ilə və müəyyən hissədə kriminal fəallıqla bağlıdır. Məhz elə bi iki istiqamətə biz diqqət yetiririk”, – Mixeil Canelidze Birinci Kanala bəyan etdi.

Xatırladaq ki, Almaniya Daxili İşlər naziri Tomas De Mayzer Mühxendə Gürcüstanın xarici işlər naziri, Mixeil Canelidze ilə görüşdən sonra bəyan etdi – “Gürcüstan bilir ki, hansı rəqəmlər artacaqdır, biz dayandırma mexanizmini işə salacağıq, müvafiq olaraq vizaliberallaşdırmanın qoruyub saxlanılması Gürcüstandan asılıdır”.