Mixeil Canelidze Antonio Qutiereş ilə Arçil Tatunaşvilinin məsələsini müzakirə etdi
Mixeil Canelidze Antonio Qutiereş ilə Arçil Tatunaşvilinin məsələsini müzakirə etdi

Baş nazir müavini, Xarici İşlər naziri Mixeil Canelidze, BMT-nin baş katibi, Antonio Qutiereş ilə görüş zamanı Gürcüstanın işğal olunmuş bölgəsində mövcud durumu müzakirə etdi.

Xarici idarənin məlumatına görə, Arçil Tatunaşvilinin vəfatı məsələsinə xüsusi diqqət yetirdi.

Xarici İşlər naziri  BMT-nin baş katibinə baş verənlər barəsində təfərrüatlı məlumat ötürdü və qeyd etdi ki, Qiqa Otxozoriyanın qətlindən sonra bu növbəti faktdır.

Xarici İşlər naziri Mixeil Canelidze görüş zamanı Antonio Qutiereş qeyd etdi ki, Gürcüstanın işğal olunmuş bölgəsində mövcud problematikanı yaşxı bilir.

O, Gürcüstan hökuməti tərəfindən münaqişənin tənzimləməsinin sülh yolu ilə yanaşması əhəmiyyətini xüsusilə qeyd etdi və bu prossesə gələcək dəstəyini ifadə etdi.

Söhbət zamanı Gürcüstanın demokratiya inkişafı yolunda əhəmiyyətli proqresə toxunuldu.

Məlumatı Xarici İşlər Nazirliyi yayır.