Mixeil Batiaşvili istefa edir
Mixeil Batiaşvili istefa edir

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Batiaşvili istefa edir.

Bu barədə məlumatı bu günki hökümət iclasında Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Onun dediyinə görə, Mixeil Batiaşvili vəzifəsini şəxsi ərizəsi əsasında tərk edir.

“Həmkarımız Mixeil Batiaşvili xahiş etdi ki, öz şəxsi ərizəsi ilə, vəzifəsindən istefa etmək istəyir. İlk növbədə cənab Mixeilə etdiyi əmək, başlatdığı əhəmiyyətli sistemli islahatlar və nazirliyin nailiyyətləri üçün təşəkkür etmək istəyirəm – dedi Giorgi Qaxaria.

Baş nazirin dediyinə görə, təhsil islahatına daha surətli və daha effektiv inkişaf lazımdır.

“Təhsil sahəsinin sistemli islahatı daha surətli və daha effektiv inkişaf tələb edir və əminəm ki, nazirlikdə qalan dəstə və yeni rəhbərliyi bu istiqamətdə işləməyə davam edəcəklər” – dedi Giorgi Qaxaria.