Mixail Saakaşvilinin mətbuat xidməti onun yaxalanması videosunu yayır (video)

Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvilinin mətbuat xidməti onun yaxalanması videosunu yayır.

Saakaşvilinin mətbuat xidmətinin məlumatına görə, onun yaxalanması üçün Kiyevdə “SULUGUNI” restoranına silahlı şəxslər “VW” markalı avtomobil ilə getdilər.

Elə onun dediyinə görə, Dövlət Sərhəd Xidməti formasında olan maskalı şəxslər restorana daxil olaraq Saakaşvilini naməlum istiqamətə apardılar.

David Sağvarelidzenin yazdığına görə, Saakaşvilinin yaxalanması üçün üç maşın getmişdi.