Metro Rustavelidə iki gəncin döyülməsi faktı ilə bağlı bir nəfər həbs edildi
Metro Rustavelidə iki gəncin döyülməsi faktı ilə bağlı bir nəfər həbs edildi

Gürcüstanın Daxili İşlər Nazirliyi Metro Rustavelidə iki gəncin döyülməsi faktı ilə bağlı bir nəfəri həbs etdi.

Bu barədə məlumat Birinci Kanala Daxili İşlər Nazirliyindən verildi.

Nazirliyin məlumatına görə, insindentdə iştirak edən şəxs polisdən gizlənirdi və onu Vaşlicvari qəbristanlığının yanında tapdılar.

Dünən gecə saatlarında Rustaveli metrosunda iki gənc bir neçə nəfər tərəfindən döyüldü.

Ehtimala görə, musiqiçi olan gənclərə hücum edənlər, “gürcü sırğa taxmaz” deyə bağırırdılar.

Baş verən hadisəyi Birinci Kanalın jurnalisti Teona Manaqadze gördü və video çəkdi.

Daha sonra Teona Manaqadze istintaq idarəsində sorğulandı.

Baş verən faktla bağlı cinayət işi xuliqanlıq, rasistlik, milliyətçilik, dini və etnik nifrət maddələri əsasında qaldırılıb.