Mərkəzi avtomaqistralda yol qəzası nəticasində xəsarət alan üç pasient reanimasiya şöbəsində qalmaqdadır
Mərkəzi avtomaqistralda yol qəzası nəticasində xəsarət alan üç pasient reanimasiya şöbəsində qalmaqdadır

Mərkəzi avtomaqistralda yol qəzası nəticasində xəsarət alan üç pasient “Geo Hospitalsın” reanimasiya şöbəsində qalmaqdadır.

Fövqəladə Hallar, Koordinasiya və Təxirə Salınmaz Yardım Mərkəzinin direktoru, Avtandil Talakvadzenin məlumatına görə, Msxetaya aparılmış dörd pasientə təxirə salınmaz cərrahi əməliyyat edildi. Onlarda üçü bu vaxta qədər reanimasiya şöbəsində qalmaqdadır.

Talakvadzenin məlumatına görə, üç pasientin durumu ağırdır, lakin onların həyatı təhlükədə deyil.

İyaşvili adına Klinikaya yerləşdirilən yeniyetmlərə gəldikdə, Avtandil Talakvadzenin bəyan etdiyinə görə, bir yeniyetməni dünən evə buraxdılar, ikinci pasienti isə, bu gün axşam evə buraxacaqlar.

Tbilisi istiqamətinə hərkət edən sərnişin avtobusu Ferma kəndi yaxınlığında yük avtomobilinə dünən toqquşdu. Yol qəzası nəticəsində bir gənc həlak oldu və 13 nəfər xəsarət aldı.

Birinci Kanala DİN-dən bəyan etdiklərinə görə, fakt üzrə cinayət işi GCM-nin 276-cı maddəsinin 5-ci hissəsi ilə başladı.