Məktəblərdə yeni tədris ili, uşaq bağçalarında isə, təlim-tərbiyə prosesi başladı
Məktəblərdə yeni tədris ili, uşaq bağçalarında isə, təlim-tərbiyə prosesi başladı

Məktəblərdə bu gün yeni tədris ili başladı. Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən Gürcüstanın Birinci Kanalına bəyan etdiklərinə görə, bu gün məktəbdə birinci sinifdə oxumağa 55 minə qədər şagird başlayır. Buradan 48 254 ümumi məktəblərdə, 6 067 isə, özəl məktəblərdə qeydiyyatdan keçdi.

Bütün birinci sinif şagirdlərinə yeniləşdirilmiş “buklar” və Yakob Qoqebaşvilinin “Ana Dili” pulsuz paylanıldı.

Qeyri-gürcü dilli məktəblərin şagirdləri üçün azərbaycan, erməni və rus dillərinə kitablar tərcümə olundu.

Bu il ilk dəfə xüsusi ehtiyyacı olan şagirdlərin ayrıca qeydiyyatı baş verdi. Qeyd olunan servislə 515 şagird istifadə etdi.

2019-2020 tədris ili üçün ölkə miqyasında 27 yeni məktəb tikildi, 141 məktəbə reabilitasiya edildi.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, əlavə olaraq 232 məktəb “wi-fi” sistemi ilə tamamilə əhatə edildi.

Bu gündən mandaturlar əlavə olaraq daha 41 məktəbə daxil oldular. Həmçinin sentyabrın 23-dən mandaturlar daha 14 məktəbə əlavə olunacaqlar.

Oktyabrın birindən məktəb müəlliminin maaşı 150 lari ilə artır. Maaşın artırılması statusu olan müəllimlərə aid olacaq.

Tbilisi uşaq bağçalarında 61 minə qədər uşağı gözləyirlər. Uşaqları əyləncələli təbirlərlə qarşılayırlar.