Meksikada koronavirusun 7 785 yeni halı qeydə alındı
Meksikada koronavirusun 7 785 yeni halı qeydə alındı

Meksikada son bir gün ərzində koronavirusun 7 785 yeni halı qeydə alındı. Məlumatı “Qardian” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində virusdan 832 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusa yoluxmanın iki milyondan artıq halı qeydə alınıb, 180 mindən artıq insan vəfat edib