Məcburi hərbi xidmətə payız çağırışı  başlayır
Məcburi hərbi xidmətə payız çağırışı başlayır

Vətəndaşların məcburi hərbi xidmətə payız çağırışı bu gündən etibarən başlayacaq və 2021 -ci ilin dekabrın 25-dək davam edəcək.

Ölkənin baş naziri İrakli Ğaribaşvilinin imzaladığı müvafiq sərəncam iyulun 28 -də qanunvericilik heraldında dərc edilib.

Fərmana əsasən, Gürcüstan Müdafiə Nazirliyinin tələbilə, Gürcüstan Müdafiə Qüvvələrində çağırışçıların maksimum sayı 1400, Xüsusi Penitensiar Xidmətdə 684 nəfər müəyyən edilib. Daxili İşlər Nazirliyinin tələbilə, qurumda məcburi hərbi xidmətdən 1395 nəfər , Xüsusi Dövlət Mühafizə Xidmətində isə 200 vətəndaş keçəcək.

Məcburi hərbi xidmətə çağırılan vətəndaşların yaşı 18-27 arasıdır və onlar Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun olaraq hərbi xidmətə çağırışı təxirə salma və ya hərbi xidmətdən azad edilməni tələb etmək hüququ yoxdur.