Məhkəmə məhbuslara işgəncə verməkdə ittiham olunan Aleksandre Muxadzeni həbsdə saxladı
Məhkəmə məhbuslara işgəncə verməkdə ittiham olunan Aleksandre Muxadzeni həbsdə saxladı

Tbilisi Şəhər Məhkəməsi məhbuslara işgəncə verməkdə təqsirləndirilən Aleksandre Muxadzenin həbsini qüvvədə saxlayıb.

Bu gün keçirilən prosesdə həbs qətimkan tədbirinə baxılıb. İttiham tərəfi həbs qətimkan tədbiri ilə bağlı işdə əhəmiyyətli yeni halın olmadığını bildirdiyi üçün həbsin qüvvədə saxlanılmasını xahiş edib.

Müdafiə tərəfi bu gün bununla bağlı vəsatət verməyib.

Hakim Nino Çaxnaşvili ittiham tərəfinin mövqeyini tam bölüşdü.

Xatırladaq ki, Penitensiar İdarənin keçmiş rəis müavini Qaqa Mkurnalidze və Qldani 8-ci Cəzaçəkmə Müəssisəsinin keçmiş rəisi Aleksandr Muxadze 2014-cü ilin yanvarında vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.

İstintaqın məlumatına görə, 21 yaşlı Eldar Kobalia terror aktının hazırlanmasını qəbul etmək məqsədilə təzyiqlərə və işgəncələrə məruz qalıb. O, həbsindən doqquz gün sonra dünyasını dəyişib.